Zelenski: Moskvada səslənən fikirlərə əsasən, Rusiya artıq atəşkəsə daha çox meyllidir
sizinxeber.az xəbər saytı

Zelenski: Moskvada səslənən fikirlərə əsasən, Rusiya artıq atəşkəsə daha çox meyllidir


Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Zelenski videomüraciətində deyib.

Onun sözlərinə görə, telefon danışığı Trampın nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra həyata keçirilib.

"Bizim tərəfdaşlarla ortaq mövqeyimiz tam aydındır. Müharibə sona çatmalıdır və bu, ədalətli son olmalıdır. Danışıqlarda Avropa liderləri də iştirak edib, onlara dəstəyə görə təşəkkür edirəm. Moskvada elan olunan məsələləri müzakirə etdik. Ukrayna müstəqilliyini mütləq qoruyacaq. Hamımız uzunmüddətli və etibarlı sülhə ehtiyac duyuruq. Rusiya özü başladığı müharibəni dayandırmalıdır. Ukraynaya dəstək verən hər kəsə təşəkkür edirəm," - Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, Moskvada səslənən fikirlərə əsasən, Rusiya artıq atəşkəsə daha çox meyllidir.

“Onlara qarşı təzyiq öz təsirini göstərir. Əsas odur ki, onlar bizi, eləcə də ABŞ-ı detallarda aldatmasınlar,” – Prezident deyib.

Oxşar xəbərlər

Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Zelenski və Tramp arasında telefon danışığı olub
Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir
Tramp Zelenski ilə telefon danışığı aparıb
Tramp və Zelenski telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər