Borrell Çinin xarici işlər naziri ilə görüşüb
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
APA Aİ-nin xarici fəaliyyət xidmətinin ofisinə istinadən xəbər verir ki, görüş Laosun paytaxtı Vyentyanda keçirilən ASEAN Regional Forumu çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər Aİ-Çin münasibətlərini müzakirə ediblər. Aİ-nin ali nümayəndəsi bildirib ki, Aİ və Çin öz narahatlıqlarını etiraf etməlidir.
"Borrell bildirib ki, bu narahtlıqlar sırasında ilk növbədə Çinin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə dəstəyidir ki, bu da Aİ-Çin münasibətlərinə mənfi təsir göstərir.
Avropa İttifaqının top diplomatı Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropa üçün ekzistensial təhlükə hesab edilməsinin səbəbini izah edib. Borrell dialoq zamanı Çinin böyük miqdarda ikili təyinatlı mal və əşyalar ixrac etməsini Rusiyada hərbi texnikanın istehsalına dəstək olduğunu deyib.
Aİ-nin ali nümayəndəsi Çindən müharibənin sona çatmasına töhfə vermək üçün bu ölkənin Rusiyaya təsirindən istifadə etməyi istəyib. O, həmçinin Çindən Ukrayna sülh prosesinə dəstək verməsini istəyib və təəssüflə xatırladıb ki, 2024-cü ilin mayında Çinin Braziliya ilə birgə bəyanatı bu prosesə töhfə vermək istiqamətində olmayıb", Aİ-nin xarici fəaliyyət xidməti bildirib.
Qeyd olunub ki, görüşdə tərəflər həmçinin Tayvan məsələsinə də toxunublar. "Tayvanla bağlı ali nümayəndə Cozep Borrell Aİ-nin mövqeyinin dəyişmədiyini təkrarlayıb və əlavə edib ki, Aİ Çin Xalq Respublikası hökumətini Çinin yeganə qanuni hökuməti kimi tanıyan “Vahid Çin” siyasətinə sadiqdir. "Biz Tayvanı diplomatik səviyyədə tanınmadan bir çox sahələrdə Tayvan ilə sıx əməkdaşlıq edirik".
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Yaxın Şərqlə də bağlı danışıb və o, Çin XİN rəhbərindən keçən həftə Pekində keçirilən Fələstin fraksiyalarının görüşünün nəticəsini də soruşub.
Borrell qeyd edib ki, Fələstin fraksiyaları arasında parçalanma Fələstin xalqına ziyan vurub, o bu parçalanmanın aradan qaldırılması üçün göstərilən səylərə dəstəyini ifadə edib.
Oxşar xəbərlər
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: Aİ-nin XİN başçılarının görüşü Budapeştdə yox, Brüsseldə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












