Britaniya BCM-in Netanyahunun həbsinə order verməsinə etiraz etməyəcək
Böyük Britaniyanın yeni hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail Baş naziri Benyamin Netanyahuya qarşı həbs orderinin verilməsinə etiraz etməyəcək.
Sizinxeber.az "Telegraph"a istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Rişi Sunakın rəhbərlik etdiyi hökumət BCM-nin İsrail vətəndaşlarının həbsinə göstəriş vermək hüququnun olub-olmadığını sorğulayan arqumentlər təqdim etmək niyyətində olduğunu bildirmişdi. Lakin bu səhər Keir Stramerin rəhbərlik etdiyi yeni hökumətin sözçüsü hökumətin əvvəlki administrasiyanın təklifini irəli sürməyəcəyini bildirib. Baş nazir Starmerin ofisi həbs qərarı ilə bağlı müraciətlərin “məhkəmənin qərar verəcəyi məsələ” olduğunu vurğulayıb.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan may ayında İsrailin Qəzzadakı müharibəsinə görə İsrailin Baş naziri Netanyahu və müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsini istəyib.
Oxşar xəbərlər
KİV: Britaniyanın yeni hökuməti Netanyahunun həbsinə dair BCM-ə verdiyi etirazını geri götürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: "Putin İrəvana gələrsə, onu həbs etmək səlahiyyətim yoxdur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya yeni nəsl qırıcının ixracına icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












