Yaponiya yeni nəsl qırıcının ixracına icazə verib
Yaponiya hökuməti müdafiə avadanlığının ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirən qətnamə qəbul edib.
APA xəbər veri ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Bu, Yaponiyanın Böyük Britaniya və İtaliya ilə birgə hazırladığı ən son nəsl döyüş təyyarəsini digər ölkələrə göndərə biləcəyinə imkan verəcək.
Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin iclasında müdafiə texnikası və texnologiyasının ixracı qaydalarının yenilənmiş siyahısı təsdiq edilib.
Qeyd olunub ki, ixraca icazə verilən ölkələrin siyahısı məhduddur.
O, yalnız Yaponiyanın beynəlxalq müqavilələrlə tərəfdaş çıxdığı və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq onlardan istifadə etməyi öhdəsinə götürən ölkələrə veriləcək.
Siyahıya Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Malayziya, BƏƏ, ABŞ, Sinqapur, Tailand, Filippin, Fransa, İsveç daxildir. Hərbi əməliyyatların davam etdiyi ölkələrə ixrac olmayacaq.
2022-ci il dekabrın 9-da yeni nəsil qırıcı təyyarənin hazırlanması üzrə Böyük Britaniya və İtaliyanın müştərək “Tempest” və Yaponiyanın F-X proqramlarının vahid GCAP (Global Combat Air Programme) təşəbbüsü ətrafında birləşdiyi elan olunub. Layihənin məqsədi 2035-ci ilin sonunda silahlanmaya qəbul olunacaq yeni qırıcının hazırlanmasıdır. Podratçı kompaniyalar arasında Böyük Britaniyanın “BAE Systems”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” korporasiyaları yer alıb.
Oxşar xəbərlər
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Fransa müdafiə naziri Ermənistana səfər edəcək
Fevral ayının sosial ödənişləri yekunlaşıb
İran və Suriya müdafiə nazirləri görüşüb
Fevralın 23-də bütün müavinət və təqaüdlər ödəniləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













