Paşinyan: "Putin İrəvana gələrsə, onu həbs etmək səlahiyyətim yoxdur"
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Telegraph"a müsahibəsində bildirib.
“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.
Oxşar xəbərlər
Paşinyan: "Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir"
Rişi Sunak: Putinin qalib gəlməsinə imkan verməyəcəyik
Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Fransa İrəvanın Putinlə bağlı qərarını alqışladı
Hacı Məmmədovla tutulan DİN-in keçmiş şöbə rəisi məhkəməyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













