sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nazir: Britaniya ABŞ-ın İrana hücumunda iştirak etməyib
Böyük Britaniya ABŞ-ın İrana hücumunda iştirak etməyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət üzrə dövlət naziri Conatan Reynolds “Sky News”a bildirib.
Conatan Reynolds Britaniya hökumətinin ABŞ-ın İrana hava zərbələri endirmək planlarından xəbərdar olduğunu, lakin hərbi əməliyyatda iştirak etmədiyini deyib.
“Mən sizə dəqiq nə vaxt bildiyimizi deyə bilmərəm, amma gözlədiyiniz kimi bu addım haqqında əsas müttəfiqimiz tərəfindən məlumatlandırıldıq”, – Reynolds qeyd edib.
O həmçinin vurğulayıb ki, ABŞ tərəfindən Böyük Britaniyaya Hind okeanındakı “Dieqo Qarsiya” hərbi bazasından istifadə ilə bağlı heç bir rəsmi tələb daxil olmayıb.
Oxşar xəbərlər
İran Vaşinqtonu ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib
Böyük Britaniya Rusiya və İrana qarşı yeni sanksiyaları açıqlayıb - YENİLƏNİB
Keçmiş Britaniya əsgəri İrana casusluqda təqsirli bilinib
Marko Rubio: ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak etməyib
KİV: Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













