Hakan Fidanla Sibiqa Zelenskinin Türkiyəyə planlaşdırılan səfərini müzakirə edib
sizinxeber.az xəbər saytı

Hakan Fidanla Sibiqa Zelenskinin Türkiyəyə planlaşdırılan səfərini müzakirə edib


Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması səyləri müzakirə edilib.

Nazir Fidan sülhə nail olmaq üçün Türkiyənin vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

Tərəflər Ukrayna Prezidenti Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq məsələlərini də müzakirə edib.

Oxşar xəbərlər

Hakan Fidan ukraynalı həmkarı ilə Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlığı müzakirə edib
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Türkiyə və Ukrayna XİN rəhbərləri görüşüb
Hakan Fidan Qətərdə yunanıstanlı həmkarı ilə görüşüb
Hakan Fidan misirli həmkarı Bədr Abdulati ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle