Pezeşkian: Tehran ABŞ-la yalnız bərabər əsaslarla danışıqlara razılıq verəcək
İran Prezidenti Məsud Pezeşkian ABŞ Administrasiyasının danışıqlara çağırışları ilə İrana qarşı təhdidlərini ziddiyyət kimi qiymətləndirib və bunu tənqid edib.
Sizinxeber.az “Tasnim”ə istinadən xəbər verir ki, o, Tehranın yalnız bərabərhüquqlu danışıqlara razılıq verəcəyini bildirib.
İranın xarici siyasətində digər dövlətlərlə münasibətlərin vacibliyini vurğulayan Pezeşkian amerikalı həmkarı Donald Trampın İranla danışıqlarla bağlı çağırışına cavab olaraq, ölkəsinin bərabər şərtlər əsasında dialoqun tərəfdarı olduğunu diqqətə çatdırıb.
O, ABŞ-ın İranı təhdid etmək, eyni zamanda danışıqlara çağırmaq kimi ziddiyyətli siyasətini rədd etdiyini söyləyib.
"Bu gün ABŞ təkcə İrana qarşı deyil, bütün dünyaya qarşı bu cür alçaldıcı davranır. Bu isə danışıqların ruhuna ziddir", - deyə İran Prezidenti əlavə edib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl danışıqlara başlamaq üçün İrana məktub ünvanlayıb.
Pezeşkian buna cavabında ABŞ-la birbaşa danışıqları istisna etsə də, Tehranın dolayı danışıqları məqsədəuyğun variant kimi nəzərdən keçirdiyini bildirib.
Oxşar xəbərlər
Pezeşkian: Tramp İrana qarşı oyun qurur
Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd edib
Rəsmi Tehran Trampa cavab verib
Pezeşkian: İsrailə raket zərbələri ölkənin "qanuni hüquqlarına" əsaslanıb
Pezeşkian: ABŞ öhdəliklərini yerinə yetirərsə, danışıqlar aparacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
