Əl-Şara: Suriya hökuməti ölkənin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək
“Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya ölkə içindəki qruplaşmaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.”
APA xəbər verir ki, bunu Suriyanın prezidenti Əhməd əl-Şara ölkənin qərbində baş verən hadisələrə münasibət bildirərkən deyib.
"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - Əl-Şaraa bildirib.
Qeyd edək ki, martın 6-da Laziqiyyə, Tartus və Homs vilayətlərində hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşma yaşanıb.
Oxşar xəbərlər
Əhməd əl-Şara İranı regional siyasətini dəyişməyə və gərginlik yaradılmasından çəkinməyə çağırıb
Türkiyə və ABŞ Suriyanın Latakiya bölgəsində baş verənlərə fərqli münasibət bildirib
Əhməd əl-Şara: “Heyət Təhrir əş-Şam”in buraxılması haqqında qərar Milli Dialoq üzrə Konfransda verilməlidir
Suriya hakimiyyəti ölkədə toqquşmalara görə Hizbullahı ittiham edib
Suriya prezidenti Əsədin tərəfdarlarını silahı yerə qoymağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













