Qalibaf: İran ABŞ-dan hər hansı məktub gözləmir
sizinxeber.az xəbər saytı

Qalibaf: İran ABŞ-dan hər hansı məktub gözləmir


ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı bəyanatı yalnız aldadıcı bir cəhddir.

Sizinxeber.az-nın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, bunu bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf parlamentdə çıxışında bildirib.

Məhəmməd Baqer Qalibaf ABŞ-ın İranı tərksilah etməyə çalışdığını qeyd edib, Tehrandan yeni güzəşt üçün təhdidlər altında aparılacaq danışıqların sanksiyaların ləğvinə gətirib çıxarmayacağını, yalnız İranın alçaldılmasına yönələcəyini vurğulayıb: “Ona görə də ABŞ-dan hər hansı məktub gözləmirik”.

Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Xamenei isə dünən bəyan edib ki, Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.

Oxşar xəbərlər

Xamenei Trampın danışıqlar təklifinə cavab verib
Qalibaf: İran "3+3" platformasını tam dəstəkləyir
İran parlamentinin sədri Beyruta səfəri zamanı təyyarəni özü idarə edib
Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb
Tramp Xameneiyə məktub göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle