Livan parlamenti yeni hökumətə etimad göstərib
sizinxeber.az xəbər saytı

Livan parlamenti yeni hökumətə etimad göstərib


Livan parlamenti Baş nazir Navaf Salamın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib.

APA xəbər verir ki, bu barədə parlamentin bəyanatında deyilir.

“Salam hökuməti parlamentin 95 səsi ilə etimad səsverməsində qalib gəlib”, - bəyanatda deyilir.

Baş nazir çıxışı zamanı yeni hökumətin əsas hədəflərini açıqlayıb.

O, iqtisadiyyatda, dövlət institutlarında və məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların aparılmasının zəruriliyini, həmçinin ölkənin suverenliyinin möhkəmləndirilməsinin və Livanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Livan prezidenti Navaf Salama yeni hökuməti formalaşdırılmağı tapşırıb
Bu gün Gürcüstan parlamentində hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək
Livan Prezidenti 24 nazirdən ibarət yeni hökuməti təsdiqləyib
Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna başlayacaq
İran parlamenti Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər