Lavrov Araqçi ilə ABŞ-la təmasları müzakirə edib
Biz İranla birlikdə Qərbdəki həmkarlarımızın səbəb olduğu vəziyyətdən çıxış yollarını axtarmağa hazırıq.
APA xəbər verir ki, bunu Tehranda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında deyib.
“Müzakirələr zamanı birtərəfli iqtisadi sanksiyaların qəbuledilməzliyini bəyan etdik. Buna görə də həmin məhdudiyyətlərin hər iki ölkənin iqtisadiyyatına təsirlərinin azaldılması üçün məqsədyönlü fəaliyyətimizi davam etdirəcəyik.
Rusiyalı nazir Ukrayna böhranına yanaşmasına görə rəsmi Tehrana təşəkkür edib.
Lavrov İranlı həmkarı ilə Suriya böhranı, eləcə də Ər-Riyadda ABŞ ilə danışıqlar məsələsini müzakirə etdiyini də söyləyib: “Suriyada daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalıb. Ayrı-ayrı regionlardakı separatçılıq meylləri və fikir ayrılıqları qəbuledilməzdir. Biz bu ölkədə vəziyyəti normallaşdırmaq istiqamətində səyləri davam etdirəcəyik. Bu yolda həmin ölkənin ərazi bütövlüyünün qorunması məsələsi son dərəcə vacibdir”.
Oxşar xəbərlər
Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
Lavrov: Ukrayna ilə təhlükəsizlik zəmanəti məsələsinin müzakirəsinə hazırıq
Lavrov: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir
Araqçı Lavrova zəng edərək Suriyadakı eskalasiyanı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
