Misir: İƏT Qəzza ilə bağlı fövqəladə toplantı keçirəcək
sizinxeber.az xəbər saytı

Misir: İƏT Qəzza ilə bağlı fövqəladə toplantı keçirəcək


Misir ABŞ-nin Qəzzada fələstinliləri zorla köçürmə planına qarşı çıxmaq üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasının keçirilməsi ilə bağlı prinsipial razılıq əldə etdiyini açıqlayıb.

APA xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdüləti son günlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan Səudiyyə Ərəbistanı, Pakistan, İran və İordaniya kimi ölkələrin xarici işlər nazirləri ilə bir sıra görüşlər keçirib.

Görüşlərdə Fələstin məsələsində son hadisələr və regional əməkdaşlıq məsələləri müzakirə edilib.

Diplomatik mənbələrdən əldə olunan məlumata görə, fevralın 27-də Qahirədə keçirilməsi planlaşdırılan fövqəladə ərəb sammitindən sonra İƏT-in fövqəladə nazirlər toplantısının keçirilməsi barədə razılıq əldə olunub.

Planlaşdırılan görüş ərəb və islam ölkələrinin Fələstin məsələsində dəyişməz mövqeyini vurğulamaq, həmçinin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ və öz torpaqlarında yaşamaq hüququna sadiqliyini vurğulamaq məqsədi daşıyır.

Lakin görüşün dəqiq tarixi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Oxşar xəbərlər

Əli Əsədov D-8 çərçivəsində Ərdoğan, Pezeşkian və Sisi ilə görüşüb
Əli Əsədov D-8 çərçivəsində Ərdoğan, Pezeşkian və Əbdülfəttah əs-Sisi ilə görüşüb
Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb
Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər