Netanyahu Trampla HAMAS üzərində qələbəni müzakirə edəcək
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşdə Fələstinin radikal HAMAS hərəkatı üzərində qələbəni müzakirə etmək niyyətindədir.
Sizinxeber.az xəbər verir ki, bu barədə baş nazir ABŞ-a səfər edərkən deyib. Baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb.
O, eyni zamanda Qəzza zolağında saxlanılan girovların qaytarılması və İran oxuna qarşı mübarizə barəsində də müzakirələrin olacağını vurğulayıb.
“Mən indi prezident Trampla çox vacib görüş üçün Vaşinqtona uçuram. Bu görüş İsrail dövləti üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu, onun andiçmə mərasimindən sonra xarici liderlə ilk müzakirəsidir. Qarşımızda duran ən mühüm məsələləri müzakirə edəcəyik: HAMAS üzərində qələbə, bütün girovlarımızın qaytarılması və İran oxuna qarşı çıxmaq” – Netanyahu deyib.
Oxşar xəbərlər
Netanyahu Trampla girovların azad edilməsi ilə bağlı razılaşmanı müzakirə edəcək
Netanyahu: İsrailli girovların qaytarılması üçün müəyyən irəliləyiş əldə olunub
Netanyahu: Biz HAMAS-ı birdəfəlik yox etməyə söz vermişik
Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik
Netanyahu: “Son günlərdə Trampla üç dəfə danışmışam” - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
