Çin yeni ordu komandanlığı mərkəzinin tikintisinə başlayıb
sizinxeber.az xəbər saytı

Çin yeni ordu komandanlığı mərkəzinin tikintisinə başlayıb


Çin dövləti ordu üçün irimiqyaslı tikinti layihəsinə başlayıb.

APA xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzeti peyk şəkillərinə və kəşfiyyat mənbələrinə istinadən Çinin öz ordusu üçün ötən ilin ortalarından Pekinin cənub-qərbində ordu komandanlığı mərkəzi tikdiyi ilə bağlı məlumat yayıb.

Qəzetin yazdığına görə, tikinti sahəsi artıq 6 kvadrat kilometrdən çox ərazini əhatə edir və potensial nüvə müharibəsi də daxil olmaqla, istənilən münaqişə zamanı Çin hərbi liderlərini qorumaq üçün yeraltı bunkerləri əhatə edəcək.

Gələcək mərkəzin Pentaqondan 10 dəfə böyük olacağı bildirilir.

Oxşar xəbərlər

Ərdoğan: Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür
ABŞ-də strateji nüvə qüvvələrinin illik təlimləri başlayıb
İraqın qərbində 15 İŞİD yaraqlısı öldürülüb
Azərbaycan və Gürcüstan Baş nazirləri yeni səfirlik binasının ərazisinə baxış keçiriblər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər