Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib
Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslər İnterpolun Qırmızı kateqoriyasında axtarışda idi: “Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirir”.
Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X hesabında paylaşım edərək onların şəxsiyyəti barədə məlumat yayıb. Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 il müddətinə isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, “Barış Boyun” cinayət qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.
Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.
Oxşar xəbərlər
PKK-nın qırmızı kateqoriyada axtarışda olan məsul şəxsi zərərsizləşdirilib
Suriyanın XİN başçısı Türkiyəyə səfər edəcək
Ərdoğan Paşinyanla görüşüb
Ərdoğan Türkiyədə diplomatik fəaliyyəti bitən ABŞ səfirini qəbul edib
Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













