İordaniya Fələstinə 120 maşından ibarət humanitar yardım göndərib
sizinxeber.az xəbər saytı

İordaniya Fələstinə 120 maşından ibarət humanitar yardım göndərib


İordaniya Fələstinə mütəmadi olaraq humanitar yardım göstərir.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza sektorundakı 17 aylıq hərbi əməliyyatlar dövründə ilk dəfə olaraq İordaniya Fələstinə 120 ədəd yük maşınından ibarət humanitar yardım göndərib.

Kralın bilavasitə tapşırığına uyğun olaraq, yanvarın 15-də həyata keçirilən xoşməramlı missiya Qəzza sektorunda yaşayan mülki əhalinin zəruri ehtiyaclarının ödənilməsinə istiqamətlənib.

Məlumatda, həmçinin rəsmi Əmmanın bu münaqişənin siyasi, diplomatik və hüquqi yolla həllinə çalışdığı və bu yolda BMT-nin Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin norma və prinsiplərini dəstəklədiyi vurğulanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşüb - YENİLƏNİB
Von der Leyen İordaniya Kralı ilə görüşüb
Səudiyyə Ərəbistanı və İordaniya Suriyaya humanitar yardım göndərib
Pakistan Fələstin xalqına növbəti humanitar yardım göndərib
Baş nazir: Azərbaycan Fələstinə humanitar yardım məqsədilə 2 milyon dollar ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər