Səudiyyə Ərəbistanı və İordaniya Suriyaya humanitar yardım göndərib
Səudiyyə Ərəbistanı və İordaniya Əsəd rejiminin çökməsindən sonra ağır iqtisadi vəziyyətdə olan Suriyaya humanitar yardım göndərib.
APA xəbər verir ki, Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin dərc etdiyi xəbərdə Səudiyyə Ərəbistanına aid 60 yardım avtomobilinin İordaniyanın Cabir Sərhəd Qapısından Suriyaya daxil olduğu qeyd edilib.
Bildirilib ki, yardım avtomobilləri ilə yanaşı Səudiyyə Ərəbistanına aid humanitar yardım yüklü 6-cı təyyarə Ər-Riyad hava limanından Dəməşq hava limanına yola düşüb.
İordaniyanın Haşimi Xeyriyyə Fondundan verilən açıqlamada isə Kral II Abdullahın göstərişi ilə qardaş Suriya xalqına dəstək çərçivəsində Suriyaya humanitar yardım karvanının göndərildiyi bildirilib.
Açıqlamada İordaniyadan Suriyaya 300 ton yardımın göndərildiyi, yardımın Suriyanın bütün bölgələrinə çatdırılması üçün Suriya Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcəyi bildirilib.
Qeyd edək ki, Dünya Bankının 25 may 2024-cü il tarixində dərc etdiyi hesabatda suriyalıların 27 %-nin, təxminən 5 milyon 700 min insanın həddindən artıq yoxsulluq içində yaşadığı bildirilir.
Oxşar xəbərlər
Türkiyə Suriyaya humanitar yardım göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Suriyaya humanitar yardım göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı Livana dəstək vermək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












