Türkiyədə "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib
Moskvada "Crocus City Hall" konsert kompleksindəki terror aktını törədənlərlə əlaqəsi olduğu müəyyən edilən 5 şübhəli haqqında İstanbulda məhkəmə işi açılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən hazırlanan ittihamnamədə təqsirləndirilən şəxslərin Moskvada terror aktını törədənlər ilə əlaqə saxladıqları qeyd edilib.
İttiham aktında təqsirləndirilən şəxslər Hofizjon Usmonov, Muteullo Asoev, Rahmatullo Salikov, Muhammadrahim Faizov və Hamza Muhammedin "silahlı terror təşkilatına üzv olmaq" cinayətinə görə 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
İstanbul 25-ci Ağır Cəza Məhkəməsi iddianaməni qəbul edib.
Oxşar xəbərlər
Rusiya FTX: Moskvadakı terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb
“Crocus City Hall”da törədilən terror aktında əli olduğu ehtimal edilən iki nəfər həbs edilib
Moskvada terror aktında ölənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB
“Crocus”da terror törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddəti uzadılıb
“Crocus”da ölənlərin sayı 139-a çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













