ABŞ terror təşkilatı hesab etdiyi HTŞ ilə birbaşa əlaqə qurduğunu açıqlayıb
ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın terror təşkilatları siyahısında olan və Suriyada Baas rejimini devirən qruplaşmaların başında gələn “Heyət Təhrir əl-Şam” (HTŞ) ilə birbaşa əlaqə qurduqlarını təsdiqləyib.
Sizinxeber.az xəbər verir ki, Blinken Suriyadakı hadisələri müzakirə etmək üçün keçirilən xarici işlər nazirləri toplantısına getdiyi İordaniyanın Aqaba şəhərində mətbuat konfransı keçirib.
Blinken bildirib ki, ABŞ və digər regional güclər Suriyanın müvəqqəti hökumətinin bir sıra prinsipləri ilə razılaşıblar.
Jurnalistlərdən birinin bu prosesdə ABŞ-ın terror qruplaşması olaraq gördüyü HTŞ ilə əlaqə qurub-qurmadığı ilə bağlı sualına Blinken “HTŞ və digər tərəflərlə əlaqə saxlayırıq” deyə cavab verib.
Qeyd edək ki, Blinken İordaniya, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Livan və Misirin xarici işlər nazirləri, həmçinin AB və BMT nümayəndələri ilə Suriyadakı hadisələri müzakirə etmək üçün Aqaba şəhərində görüşüb.
Oxşar xəbərlər
Blinken Türkiyəyə gedir
Blinken Türkiyədəki terror aktını qətiyyətlə pisləyib
Blinken Misir prezidentinə İsrailin kompromis planını qəbul etdiyini açıqlayıb
Blinken israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
