Netanyahu İsrailin azad İranla sülh istədiyini deyib
İsrailin baş naziri Binyamin Netanyahu birbaşa İran xalqına videomüraciət edərək ölkəsinin bütün qonşuları ilə sülhə can atdığını və onların arasında azad İran görmək istədiyini bildirib.
APA xəbər verir ki, o çıxışı zamanı "bir çox insanın düşündüyündən də tez" deyərək bunun tezliklə baş verə biləcəyini vurğulayıb.
"Açıq demək istəyirəm: İsrail sülh istəyir, biz bizimlə həqiqətən sülh istəyən hər kəslə sülh istəyirik. Və mən şübhə etmirəm ki, siz İran xalqı bunu bilirsiniz. Mən bilirəm ki, biz sizinlə sülh istəyirik. Siz də bizimlə sülh istəyirsiniz. Ancaq sizi sıxışdıran və bizi təhdid edən bir rejimin əzabını çəkirsiniz. Bilirsinizmi, həqiqətən, (rejim) sizdən qorxur, ey İran xalqı. Bu dəyişəcək, bir gün İran azad olacaq", - deyə Netanyahu çıxışında deyib.
Netanyahu baş nazirin "X"dəki rəsmi səhifələrində də ivrit və fars dillərində altyazı ilə yerləşdirilən müraciətində Yaxın Şərqi yenidən inşa etmək niyyətindən danışıb.
"Qadınlar, həyat, azadlıq - bu, İranın gələcəyidir. Bu, dinc gələcəkdir və mən şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə və çoxlarının düşündüyündən daha tez reallaşdıracağıq. Mən bilirəm və inanıram ki, biz dünyanı dəyişdirəcəyik. Yaxın Şərq rifah, tərəqqi və sülh qalasına çevrilir”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Netanyahudan İran xalqına: Ölkəniz düşünüldüyündən tez azad olacaq
Netanyahu İran xalqına səslənib: Tehran regionu müharibəyə sürükləyir
Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Netanyahu: Bizim hədəfimiz İranı məhv etməkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
