İsrail ABŞ-dan 25 ədəd F-15 qırıcısı alacaq
sizinxeber.az xəbər saytı

İsrail ABŞ-dan 25 ədəd F-15 qırıcısı alacaq


İsrail ABŞ-ın Boeing şirkəti ilə 5,2 milyard dollar dəyərində 25 ədəd qabaqcıl F-15 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda İsrailin Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada, 5,2 milyard dollarlıq müqavilənin daha əvvəl ABŞ rəhbərliyi və Konqresi tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsi olduğu bildirilir.

Yeni alınan F-15 döyüş təyyarələrinin həmçinin İsrailin mövcud silahları ilə inteqrasiya olunmuş qabaqcıl silah sistemləri ilə təchiz ediləcəyi, mənzil və yük daşıma qabiliyyətinin artırılacağı bildirilir.

Oxşar xəbərlər

İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq
KİV: ABŞ İsrailə silah alışı üçün 3,5 milyard dollar verəcək
ABŞ ballistik raketlərinin istehsalı üçün 2,1 milyard dollar ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər