Çinin hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub
Çin hərbi təyyarəsinin Yaponiyanın hava məkanını pozması ölkənin təhlükəsizliyini təhdid edir.
Sizinxeber.az xəbər verir ki, bunu Yaponiyanin Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.
"Çin hərbi təyyarəsinin hava məkanını pozması təkcə suverenliyimizi ciddi şəkildə pozmur, həm də təhlükəsizliyimizi təhdid edir. Bu, qətiyyən qəbuledilməzdir", - deyən dövlət rəsmisi diplomatik kanallar vasitəsilə Pekinə etiraz edildiyini qeyd edib.
Tokio həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hava məkanının pozulması avqustun 26-da yerli vaxtla saat 11:29-da baş verib. Çinin Y-9 təyyarəsi Yaponiya hava məkanını 2 dəqiqə sonra tərk edib.
Oxşar xəbərlər
Yaponiya Çin təyyarəsinin hava məkanını pozmasını təhlükəsizliyinə təhdid kimi qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya hava məkanını pozan Çinə görə döyüş təyyarələri qaldırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko: Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hava məkanını açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












