İsrail ordusu Qəzzaya zərbə endirib, HAMAS-ın liderlərindən olan Xəlil əl-Hayyanın oğlu öldürülüb
İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərbində təhlükəsizlik qərargahının mühafizə postuna zərbə endirib.
“The Tımes of Israel”in xəbərinə görə, zərbə nəticəsində HAMAS-ın 3 üzvü öldürülüb.
Məlumata görə, hücum zamanı daha 4 HAMAS üzvü xəsarət alıb.
“Reuters” isə HAMAS rəsmisi Basim Naimə istinadən xəbər verir ki, İsrailin hava zərbəsi nəticəsində ABŞ vasitəçiliyi ilə Qəzzanın gələcəyi üzrə aparılan danışıqlarda HAMAS-ın əsas iştirakçısı olan Xəlil əl-Hayyanın oğlu Azzam əl-Hayya öldürülüb.
Rəsmi bildirib ki, bu zaman HAMAS-ın liderləri Qahirədə İsraillə atəşkəsin qorunmasına yönəlmiş danışıqlar aparıb.
Məlumata görə, Azzam əl-Hayya sürgündə olan Xəlil əl-Hayyanın İsrail hücumlarında ölən sayca dördüncü oğludur.
Oxşar xəbərlər
İsrail HAMAS komandirini zərərsizləşdirib
İsrail HAMAS-ın daha bir komandirini zərərsizləşdirib
İsrail ordusu Qəzzada 10-dan çox HAMAS üzvünü məhv edib
HAMAS İsrailə 5 raket atıb, 2 nəfər yaralanıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, 3 HAMAS üzvü ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
