"Axios": Xamenei nümayəndə heyətinin ABŞ-la danışıqlar üçün Pakistana göndərilməsinə razılıq verib
sizinxeber.az xəbər saytı

"Axios": Xamenei nümayəndə heyətinin ABŞ-la danışıqlar üçün Pakistana göndərilməsinə razılıq verib


İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-la danışıqlara razılıq verib.

Bu barədə “Axios” anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev dünən gün ərzində rəsmi Tehranın görüşün keçirilməsinə razılıq verməsini gözləyib.

Bildirilib ki, SEPAH İran rəsmilərinə ABŞ-ın dəniz blokadasını ləğv etməyənə qədər danışıqlara getməməsi üçün təzyiq göstərib.

Pakistan, Misir və Türkiyə rəsmiləri isə İranı danışıqlara getməyə təşviq edib.

Nəticədə Ali Rəhbərdən təsdiq gözlənilib. Müctəba Xamenei dünən axşam danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməsinə razılıq verib.

Oxşar xəbərlər

Xamenei Trampın danışıqlar təklifinə cavab verib
Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
KİV: Xamenei nüvə danışıqlarını bərpa etməyə razılıq verib
KİV: Müctəba Xamenei ABŞ ilə danışıqlara razılıq verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər