Türkiyədə 591 sosial media hesabına qarşı qanuni tədbirlər görülüb
sizinxeber.az xəbər saytı

Türkiyədə 591 sosial media hesabına qarşı qanuni tədbirlər görülüb


Türkiyədə dezinformasiya yaydığı aşkarlanan 591 sosial media hesabına qarşı qanuni tədbirlər görülüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kiber Cinayətlərlə Mübarizə İdarəmiz Kahramanmaraş və Şanlıurfada baş verən faciəli hadisələrlə bağlı ictimai asayişə mənfi təsir göstərən, cinayət və cinayətkarları tərifləyən, hadisələri təhrif edən, qəsdən dezinformasiya yayan və cəmiyyətdə nifrət və düşmənçiliyi qızışdırmağı hədəfləyən ümumilikdə 591 sosial media hesabı müəyyən edib. Müəyyən edilmiş bu hesablar və onların məzmunu ilə bağlı zəruri tədbirlər görülüb və bu məzmunu hazırlayan, yayan və yayılmasına kömək edən şəxslərə qarşı dərhal qanuni tədbirlər görülür. Bu cür təxribatçı paylaşımlarla məşğul olanlara qarşı zəruri tədbirlər qətiyyətlə davam etdiriləcək”, - məlumatda deyilir.

Oxşar xəbərlər

MEDİA: Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür
Dilənçilik və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlının valideynləri barədə tədbir görülüb
Qanunsuz parklanma yerlərini təşkil edən 160-a yaxın şəxs saxlanılıb
İlqar Musayev: COP29-la bağlı dezinformasiya yayan 15 resurs bağlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər