Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər
sizinxeber.az xəbər saytı

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər


İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Hörmüz boğazında yeganə təhlükəsizlik problemi ABŞ və İsrailin İrana qarşı apardığı müharibədir.

İsmayıl Bəqayi Hörmüz boğazının təhlükəsizliyinin onilliklər boyu İran tərəfindən təmin olunduğuna diqqət çəkib və regionun işlərinə hər hansı kənar müdaxilənin vəziyyəti daha da mürəkkəbləşdirdiyini əlavə edib. Diplomatın sözlərinə görə, Avropa ölkələrinin bu məsələdə ayıq-sayıq olması, ABŞ və İsrailin “tələsi”nə düşməməsi sevindiricidir.

“İran sahil ölkəsi kimi region ölkələri ilə birlikdə Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər”, - o qeyd edib.

İran XİN sözçüsü bunun üçün şərtin ABŞ və İsrailin İrana qarşı müharibəsinə son qoyulmalı olduğunu vurğulayıb.

Haşim Rahimi

Oxşar xəbərlər

XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
İran Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb
İran və Rusiya arasında hərtərəfli razılaşma sazişində müdafiə məsələləri də yer alacaq
İran XİN: İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar mənasızdır
Aİ: İranın Hörmüz boğazını bağlaması son dərəcə təhlükəli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər