“Fars”: İranın daha bir gəmisi ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

“Fars”: İranın daha bir gəmisi ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib - YENİLƏNİB


İrana məxsus daha bir gəmi ABŞ-ın dəniz blokadasını yararaq Hörmüz boğazından keçib.

“Fars” agentliyinin xəbərinə görə, ərzaq məhsulları ilə yüklü gəmi İmam Xomeyni adına limana doğru hərəkət edir.

***

11:24

İrana məxsus supertanker ABŞ-ın blokadasına baxmayaraq, Hörmüz boğazından keçərək İran sularına daxil olub.

“Fars” agentliyinin xəbərinə görə, supertanker sanksiya altında olub, heç bir məxfilik olmadan və məkan müəyyənetmə cihazı işlək vəziyyətdə Hörmüz boğazından İran sularına daxil olub.

Sözügedən supertankerin 2 milyon barel xam neft daşımaq potensialına malik olduğu bildirilir.

Qeyd edək ki, ABŞ İrana dəniz blokadası tətbiq edir və buna əsasən, İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

Oxşar xəbərlər

“Fars”: İranın sanksiya altındakı supertankeri Hörmüz boğazında ABŞ-ın blokadasını yarıb
İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib
"Bloomberg": İki supertanker Hörmüz boğazından keçə bilməyib
ABŞ rəsmən elan etdi: Gəmilər Hörmüz boğazından keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər