"Bloomberg": İki supertanker Hörmüz boğazından keçə bilməyib
sizinxeber.az xəbər saytı

"Bloomberg": İki supertanker Hörmüz boğazından keçə bilməyib


İki boş supertanker Hörmüz boğazından Fars körfəzi istiqamətində keçməyə cəhd edib, lakin ABŞ və İran arasında danışıqların nəticəsiz başa çatması fonunda son anda geri dönüb.

"Report" xəbər verir ki, bu barədə dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, ötən gün Hörmüz boğazındakı İranın Larek adasına üç tanker gəlib. Bu keçid məntəqəsində onlardan ikisi - Yunanıstan şirkətinə məxsus olan və İraqa yollanan biri ilə Pakistan bayrağı altında Birləşmiş Ərəb Əmirliklərinə hərəkət edən ikincisi geri dönüb. Qeyd olunur ki, gəmilərin hərəkət marşrutlarındakı dəyişikliklər ABŞ və İranın danışıqlar qruplarının Pakistanda keçirilən görüş zamanı razılığa gələ bilməməsi barədə açıqlama ilə eyni vaxtda baş verib. Agentlik yazır ki, bu, ABŞ, İsrail və İran arasında atəşkəsi təhlükə altına alıb.

Agentliyin məlumatına görə, üçüncü gəmi boğazı keçib, lakin onun təyinat məntəqəsi məlum deyil: "Tanker "Sinokor Maritime" (Koreya Respublikası) operatoru tərəfindən idarə olunan "Haut Brion 8 SA" şirkətinə məxsusdur".

Oxşar xəbərlər

Atəşkəsdən sonra Hörmüz boğazından iki gəmi keçdi
Media: İsrailin Livana zərbələrindən sonra İran Hörmüz boğazını bağlayıb
İran Yaponiya gəmilərinə güzəşt edəcək
Tramp İranı Hörmüz boğazından istifadəyə görə ödəniş almamağa çağırıb
ABŞ rəsmən elan etdi: Gəmilər Hörmüz boğazından keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər