Hakan Fidan İsraillə Livan arasında müharibə ehtimalından danışıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Kanal 7 və Ülke TV-nin birgə canlı yayımında jurnalistlərin suallarını cavablandırıb.
APA xəbər verir ki, canlı yayım zamanı Fidana yönləndirilən suallardan biri də İsrailin Baş naziri Binyamin Netanyahunun Livan məsələsində hansı addımı atacağı ilə bağlı olub.
Fidan İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı zamanı ayaq üstə alqışlanmasının və ABŞ-dan aldığı dəstəyin onu şübhəsiz hər zaman ruhlandıracağını vurğulayıb.
XİN rəhbəri daha sonra sözlərinə belə davam edib: "Məncə, Netanyahu bir şeyi çox yaxşı bilir ki, o, Amerikanı girov götürüb. Əgər Netanyahu Livanda müharibəyə başlasa, ABŞ-ın Netanyahunun arxasında dayanmaq xaricində heç bir yolu yoxdur."
Oxşar xəbərlər
Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb
Hakan Fidan ABŞ Konqres üzvlərinə sərt reaksiya verib
Bir qrup insan Ağ Evin qarşısında Netanyahunun Baydenlə görüşünə etiraz edib - FOTO
Netanyahu Qəzza danışıqlarına nümayəndə heyəti göndərmək qərarına gəlib
Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













