İsrailin Beyrutu bombardman etməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb  - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

İsrailin Beyrutu bombardman etməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB 2


İsrailin Beyruta endirdiyi aviazərbələrin qurbanlarının sayı 3-ə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

4 və 6 yaşlı iki uşaq Beyrutun cənubunda İsrail hava hücumunun qurbanı olub və onların cəsədləri xilasetmə işləri zamanı aşkar edilib.

Zərərçəkənlərin sayı 68 nəfərdən 74 nəfərə yüksəlib.

Qeyd edək ki, iyulun 30-da İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Hizbullahın qalası kimi xidmət edən Beyrutun cənubundakı Dahiya bölgəsinə dörd raket zərbəsi endirib.

***

00:12

İsrailin Livana endirdiyi zərbələr nəticəsində azı 68 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə iyulun 30-da ölkənin Səhiyyə Nazirliyinə istinadən NNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı bir mülki vətəndaşın da öldüyü təsdiqlənib.

Dağıntıların təmizlənməsi işləri davam edir.

***

21:42

İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye bölgəsində bəzi nöqtələri raket atəşinə tutub.

Sizinxeber.az xəbər verir ki, Beyrutun cənubunda baş vermiş şiddətli partlayışların “Hizbullah” təşkilatına aid binalarda baş verdiyi bildirilir.

Hava hücumları nəticəsində çoxlu dağıntı və tələfatın olduğu bildirilir.

İsrail ordusundan verilən yazılı açıqlamada isə Colan təpələrində yerləşən Məcdel Şəms bölgəsinin vurulmasından məsul olduğu iddia edilən bir “Hizbullah” komandirinin hədəf alındığı bildirilib.

Oxşar xəbərlər

İsrailin Beyrutu bombardman etməsi nəticəsində azı 68 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail qırıcıları Livana zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin raket zərbələri nəticəsində “Hizbullah” komandiri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər