İsrailin raket zərbələri nəticəsində “Hizbullah” komandiri öldürülüb
İsrailin Beyrutda bəzi bölgələri bombardman etməsi nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən biri; Fuad Şükr həlak olub.
APA xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı Livanın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Lakin bəzi mənbələr Şükrün ölmədiyini, onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edib.
CNN telekanalı da Livan hökumətindən bir mənbəyə istinadən “Hizbullah” komandirinin İsrail ordusunun aviazərbələrindən sağ çıxması ilə bağlı xəbər yayıb.
Qeyd edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittihame etdiyi Şükrü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.
Şükr “Hizbullah” lideri Həsən Nəsrullahın hərbi müşaviridir.
Oxşar xəbərlər
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hazırda “Hizbullah” mövqelərini vurur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Beyrutu bombardman etməsi nəticəsində azı 68 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Colan hücumunun arxasında "Hizbullah"ın dayandığını bildirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livandakı duruzların lideri “Hizbullah”ı dəstəklədiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












