İsrailin Beyrutu bombardman etməsi nəticəsində azı 68 nəfər yaralanıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsrailin Beyrutu bombardman etməsi nəticəsində azı 68 nəfər yaralanıb - YENİLƏNİB


İsrailin Livana endirdiyi zərbələr nəticəsində azı 68 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə iyulun 30-da ölkənin Səhiyyə Nazirliyinə istinadən NNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı bir mülki vətəndaşın da öldüyü təsdiqlənib.

Dağıntıların təmizlənməsi işləri davam edir.

***

21:42

İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye bölgəsində bəzi nöqtələri raket atəşinə tutub.

APA xəbər verir ki, Beyrutun cənubunda baş vermiş şiddətli partlayışların “Hizbullah” təşkilatına aid binalarda baş verdiyi bildirilir.

Hava hücumları nəticəsində çoxlu dağıntı və tələfatın olduğu bildirilir.

İsrail ordusundan verilən yazılı açıqlamada isə Colan təpələrində yerləşən Məcdel Şəms bölgəsinin vurulmasından məsul olduğu iddia edilən bir “Hizbullah” komandirinin hədəf alındığı bildirilib.

Oxşar xəbərlər

İsrail Beyrutda “Hizbullah”a aid binaları raket atəşinə tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hazırda “Hizbullah” mövqelərini vurur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “Hizbullah”a qarşı iki hava hücumu həyata keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ müdafiə naziri "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər