İsrailin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 28-ə çatıb- YENİLƏNİB-3 - VİDEO
İsrailin Suriyaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 28-ə çatıb.
***
19:05
İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
Sizinxeber.az Suriya mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində 5 nəfər ölüb.
***
17:57
İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.
Sizinxeber.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.
İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.
***
16:25
İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Channel 12” kanalı məlumat yayıb.
Qeyd edilib ki, İsrail Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasını hədəfə alıb.
"Reuters" ölən və yaralananların olduğunu bildirir.
***
13:48
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.
Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçuş aparatı ilə vurulub.
“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”, - İsrail ordusunun bəyanatında qeyd edilib.
Suriya mediası İsrailin Dəməşqə hücumunda iki nəfərin yaralandığını bildirib.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə zərbələri nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb - YENİLƏNİB - 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 180-i ötüb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













