Türkmənistan və Pakistan XİN rəhbərləri Xankəndidə görüşüb
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında Xankəndi şəhərində İƏT-in 17-ci sammiti çərçivəsində görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Pakistan XİN rəhbəri özünün “X” hesabında bildirib.
“Türkmənistanın xarici işlər naziri qardaşım Rəşid Meredovla görüşməyimə şadam. Biz güclü Pakistan-Türkmənistan əməkdaşlığına bağlılığımızı bir daha təsdiq etdik və əsas məsələlər üzrə fikir mübadiləsi apardıq. Əlavə olaraq, beynəlxalq və regional məsələləri müzakirə etdik. Mən pakistanlıların İrandan təxliyəsinə göstərdiyi yardıma görə Türkmənistanın XİN rəhbərinə öz minnətdarlığımı bildirdim”, - Məhəmməd İshaq Dar qeyd edib.
Oxşar xəbərlər
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
Ceyhun Bayramov Pakistan İslam Respublikasının XİN rəhbəri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb
Azərbaycan və Pakistan XİN rəhbərləri strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Prezident İlham Əliyev Xankəndidə Rəşid Meredovu qəbul edib
Ceyhun Bayramovla pakistanlı həmkarı arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













