Türkiyə hökuməti: ABŞ-ın İrana hücum zamanı ölkəmizin hava məkanından istifadə etməsi iddiaları dezinformasiyadır
sizinxeber.az xəbər saytı

Türkiyə hökuməti: ABŞ-ın İrana hücum zamanı ölkəmizin hava məkanından istifadə etməsi iddiaları dezinformasiyadır


"İranın nüvə obyektlərinə hücum həyata keçirən ABŞ-a aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair müxtəlif dairələrdə səsləndirilən iddialar dezinformasiyanın məhsuludur".

Sizinxeber.az-nın məlumatına görə, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında bildirilib.

Qeyd olunub ki, İsrailin İrana hücumlarında Türkiyənin hava məkanından istifadə olunmadığı kimi, ABŞ tərəfindən İranda yerləşən nüvə obyektlərinə hücumlarda da Türkiyənin hava məkanından qətiyyən istifadə edilməyib:

"ABŞ-dan havaya qalxaraq, Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq, Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən daxil olaraq İrana zərbələr endirib" - deyə, açıqlamada bildirilib.

Həmçinin, qeyd edilib ki, sözügedən bombardmançı təyyarələr hücumdan sonra eyni istiqamətdə də (Krit adasının Cənubundan) yanacaq doldurulması prosesindən sonra ABŞ ərazisinə geri qayıdıb".

Bəyanatda, eyni zamanda, Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarı olmaqda davam etdiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə bu məqsədlə diplomatiyanın təmin olunması üçün göstərilən təşəbbüslərə üstünlük verdiyi, bunun əksinə irəli sürülən hər cür iddianın dezinformasiya olduğu açıqlanıb.

Oxşar xəbərlər

Türkiyə PA: ABŞ-nin İrana hücumda ölkəmizin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır
İsrail Hərbi Hava Qüvvələri indiyədək İrana beş zərbə dalğası endirib
IDF: İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib
KİV: Bəşər Əsədi daşıyan təyyarə Türkiyə hava məkanından istifadə etməyib
"Lufthansa" və "Swiss Air" İsrail və Livana uçuşları ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle