Harris Netanyahuya HƏMAS-la razılığa gəlməyin vacibliyini bildirib
ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailin baş naziri Benyamin Netanyahuya Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs razılaşmasının mümkün qədər tez bağlanmasının vacibliyini bildirib.
APA TASS-a istinadən xəbər verir ki, Harris bundan əvvəl prezident Co Baydenin təklif etdiyi Qəzzada atəşkəs haqqında saziş layihəsini də dəstəkləyib.
ABŞ-da qarşıdan gələn seçkilərdə Demokratlar Partiyasından namizəd olan Harris bu barədə Ağ Evdə Netanyahu ilə görüşündən sonra bildirib.
“Mən indicə Baş nazir Netanyahu ilə səmimi və konstruktiv söhbət etdim” - deyən Harris, daha sonra sözlərinə belə davam edib: “Baş nazirə Qəzza zolağında çoxlu sayda mülki tələfatla bağlı, həmçinin 2 milyondan çox insanın qida çatışmazlığı ilə üzləşdiyi və yarım milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşdiyi ağır humanitar vəziyyətlə bağlı ciddi narahatlığım olduğunu bildirdim. Mən indicə baş nazirə dedim ki, bu saziş tez bir zamanda bağlanmalıdır".
Netanyahu isə bildirib ki, o, bu planı dəstəkləyir və onun sözlərinə görə, razılığa gəlmək üçün bütün maneələri HƏMAS yaradır.
Oxşar xəbərlər
Blinken İsrailə səfər edəcək
Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb
Bayden yarışı tərk etdikdən sonra Harris 27,5 milyon dollar ianə toplayıb
Netanyahu ABŞ-yə səfəri zamanı Ağ Evdə Kamala Harrislə görüşəcək
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













