Bayden yarışı tərk etdikdən sonra Harris 27,5 milyon dollar ianə toplayıb
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki qərargahı hazırkı lider Co Baydenin seçki yarışını tərk etməsindən sonra beş saat ərzində 27,5 milyon dollar ianə toplayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə demokratlar üçün vəsait toplayan “ActBlue” platformasının bəyanatında deyilir.
“ActBlue”nun “X” səhifəsindəki bir yazıya görə, Harrisin kampaniyasına edilən kiçik ianələr 5 saatlıq bir müddət ərzində 27,5 milyon dollar təşkil edib. Bu məbləğ hazırkı lider yarışı tərk etdikdən sonra Harrisin seçki kampaniyasının aparılması üçün istifadə olunacaq.
“Politico” qeyd edir ki, bazar günü axşam saatlarında Harrisin prezident seçkilərində namizəd kimi irəli sürülməsi ən azı 26 ABŞ Demokrat senatoru və ABŞ Nümayəndələr Palatasının 72 üzvü tərəfindən dəstəklənib.
Bundan əlavə, Nyu Cersi, Nyu York, Kaliforniya, Miçiqan və Pensilvaniya da daxil olmaqla, Amerika ştatlarının bir çox qubernatoru Harrisi dəstəkləyib.
Oxşar xəbərlər
Mayk Conson: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












