ABŞ və Səudiyyə Ərəbistanı təxminən 142 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı hər iki ölkə arasında 600 milyard dollarlıq iqtisadi əməkdaşlıq razılaşması əldə edilib.
APA xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.
Sənədə əsasən, rəsmi Ər-Riyad ABŞ-da müdafiə sənayesi, enerji təhlükəsizliyi, süni intellect, texnoloji liderliyin təminatı və kritik cəhətdən əhəmiyyətli faydalı qazıntı yataqlarının işlənməsi və digər layihələrə ümumilikdə 600 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb.
Həmin investisiyanın təkcə 20 milyard dolları ABŞ ərazisində süni intellect məlumatlarının emalı və enerji layihələrinə yönəldiləcək. Eyni zamanda rəsmi Vaşinqton Səudiyyə Ərəbistanı ərazisində 14.2 milyard dollar həcmində enerji layihələrinin reallaşdırılmasını təmin edəcək.
Tərəflər həmçinin, Səudiyyə Ərəbistanına 4.8 milyard dollar həcmində “Boeing 737-8” təyyarələri göndərəcəyi barədə də razılığa gəlib. Bununla yanaşı, Səudiyyə hökuməti Miçiqanda müxtəlif xarakterli tibbi məhsul və avadanlıqlar istehsal edəcək zavodun inşasına 5,8 milyard ayıracaq.
Səudiyyə Ərəbistanı ABŞ-da fəaliyyət göstərən Enerji İnvestisiya Fonduna, eləcə də Aerokosmik və Müdafiə Texnologiyaları Fonduna 5, “Enfield Sports” İdmana Dəstək Fonduna isə 4 milyard dollar yatıracaq.
ABŞ hakimiyyəti qarşı tərəfi 142 milyard dollar həcmində silah-sursat və hərbi texnika ilə təchiz edəcək. Bunda əsas məqsəd krallığın Hərbi Hava Qüvvələri, Raket Hücumundan Müdafiə Qüvvələri, kosmik potensialı, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi Xidmətinin fəaliyyətini gücləndirmək, habelə su və quru sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Rəsmi Vaşinqtonun öhdəlikləri arasında krallığın ordusunun müasir informasiya kommunikasiya texnologiyaları, habelə tibbi vasitələrlə təmin etmək də yer alıb.
Hər iki ölkə hərbi və hərbi tibbi təhsil sahəsində də əməkdaşlıq edəcək. Bu isə Səudiyyə krallığının regionda təhlükəsizliyi təmin etməsində rol oynayacaq.
Qeyd edək ki, 2024-cü ildə tərəflər arasında ticarət dövriyəsi 25.9 milyard dollar olub. Bu ölkədən ABŞ-a idxalın həcmi 13.2, bu ölkədən ABŞ-a idxalın göstəricisi isə 12.7 milyard dollara çatıb.
Ümumi ticarət dövriyəsi isə 443 milyon dollar olub.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />