Rusiya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın genişlənməsindən dərin narahatdır
Rusiya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın genişlənməsindən dərin narahatdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, Rusiya regionda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Hindistan-Pakistan münaqişəsinin tərəflərini təmkinli olmağa çağırır.
"Pahalqam yaxınlığındakı terror aktından sonra Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın genişlənməsindən dərin narahatıq.Rusiya terror aktlarını qətiyyətlə pisləyir, onun hər hansı təzahürlərinə qarşı çıxır və bu şərlə səmərəli mübarizə aparmaq üçün bütün beynəlxalq ictimaiyyətin səylərini birləşdirməyin zəruriliyini vurğulayır. Biz regionda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırırıq. Ümid edirik ki, Yeni Dehli və İslamabad arasındakı fikir ayrılıqları 1972-ci il Şimla Sazişinin və 1999-cu il Lahor Bəyannaməsinin müddəalarına uyğun olaraq ikitərəfli əsasda siyasi və diplomatik vasitələrlə sülh yolu ilə həll olunacaq", - Rusiya XİN sözçüsünun bəyanatında bildirilib.
Oxşar xəbərlər
Rusiya Hindistan və Pakistanı təmkinli olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsindən narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Hindistan və Pakistanı təmkinli olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb - BƏYANAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












