Tramp: “Vens və Rubionu potensial varislərim kimi görürəm”
sizinxeber.az xəbər saytı

Tramp: “Vens və Rubionu potensial varislərim kimi görürəm”


ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.

Sizinxeber.az xəbər verir ki, o bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib.

"Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür", – deyə Tramp bildirib. O, eyni zamanda əlavə edib: “Marko Rubio əla biridir.”

Tramp onu da qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: “Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər.”

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti “ideal olaraq möhtəşəm bir respublikaçıya” təhvil verəcəyini açıqlamışdı.

Oxşar xəbərlər

Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşmır
Vens: Uoltsun istefasının "Signal" messenceri qalmaqalı ilə əlaqəsi yoxdur
Donald Tramp özünü avtoritar lider hesab etmədiyini bildirib
Tramp Putinin Ukrayna ətrafındakı münaqişəni nizamlamaq istədiyinə inandığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər