ABŞ-ın nüfuzlu universitetləri Tramp administrasiyasına qarşı birləşib
sizinxeber.az xəbər saytı

ABŞ-ın nüfuzlu universitetləri Tramp administrasiyasına qarşı birləşib


ABŞ-ın bir neçə nüfuzlu ali təhsil müəssisəsi Prezident Donald Tramp administrasiyasının siyasətinə qarşı mübarizəni koordinasiya etmək üçün birlik yaradıb.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qeyri-rəsmi qrupa təxminən 10 universitet daxildir. Universitetlərin əksəriyyəti demokratlara meylli ştatlarda yerləşir.

Qəzet yazır ki, birlik öz siyasətini uzlaşdıracaq və universitetlərin federal hakimiyyətə qarşı hansı səviyyəyə qədər güzəştə getməyə hazır olduğunu müəyyənləşdirəcək.

Nəşrin məlumatına görə, universitetlər artıq razılaşıblar ki, "akademik müstəqilliyi" qorumaq uğrunda mübarizə aparacaq, o cümlədən tələbə qəbul qaydalarına, işçi heyətinin işə götürülməsinə və tədris prosesinin təşkilinə nəzarətin özlərində saxlanmasına çalışacaqlar.

Oxşar xəbərlər

Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib
Tramp 1 milyon miqrantı ABŞ-dan deportasiya etməyi planlaşdırır
Tramp nazirlərlə danışdıqdan sonra rüsumların tətbiqini dayandırıb
Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq
ABŞ-da Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər