ABŞ bir sıra ölkələrə yardımı kəsəcək
ABŞ prezidenti Donald Trampın administrasiyası əvvəlcə dəstəyi davam etdirəcəyinə söz verdiyi bir neçə ölkə üçün yardım proqramlarını kəsib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti rəsmilərə istinadən məlumat yayıb.
Bu siyahılara əsasən, ABŞ Əfqanıstan, İordaniya, Yəmən, İraq, Konqo Demokratik Respublikası, Livan, Madaqaskar, Mali, Niger, Nigeriya, Suriya, Somali, Çad və Ekvadorda proqramların maliyyələşdirilməsini dayandıracaq.
Aprelin 9-da “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib ki, Ağ Ev daha sonra Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvadorda Ümumdünya Ərzaq Proqramına (ÜƏP) ödənişləri bərpa etmək qərarına gəlib.
Ümumdünya Ərzaq Proqramı hesab edir ki, Vaşinqtonun yardım göstərməkdən imtina etməsi ən çox 2 milyon insanın, o cümlədən 400 min uşağın ərzaq təminatından asılı olduğu Əfqanıstana təsir edəcək.
Bundan başqa 2,4 milyon insanın humanitar proqramlar vasitəsilə qida aldığı Yəmən əhalisi də əziyyət çəkəcək.
Oxşar xəbərlər
İsrail ordusu Suriya-Livan sərhədinə zərbələr endirib
Konqo Demokratik Respublikasında 26 milyon insan aclıq həddindədir
Hakan Fidan: Türkiyə Suriyada sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləmir
Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir
Livan İsraili bütün ərazilərindən tam şəkildə çıxmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













