sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-ın maliyyə naziri Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını istisna etməyib
ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynadakı münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, o cümlədən Rusiya banklarının SWIFT sisteminə qoşulmasını istisna etməyib.
Sizinxeber.az xəbər verir ki, Bessent bu haqda “Fox News”a müsahibəsi zamanı məlumat verib.
"Düşünürəm ki, bütün seçimlər masadadır. Rusiya rəhbərliyinin növbəti addımları sanksiyaların sərtləşdiriləcəyini və ya yumşaldılacağını müəyyən edəcək.", - o bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da Qərbin Ukraynadakı münaqişənin yekun həllinə nail olması üçün Rusiyaya qarşı sanksiyalar rejiminə yenidən baxmağa məcbur olacağını deyib.
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Rubio ABŞ-nin Lavrova qarşı sanksiyalarının ləğvi ehtimalını istisna etmir
Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir
ABŞ dövlət katibi: Ukraynada müharibəyə son qoymaq üçün bütün tərəflər güzəştə getməlidir
Siyarto ABŞ-də Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













