Mark Karni Kanadanın növbəti baş naziri olacaq
sizinxeber.az xəbər saytı

Mark Karni Kanadanın növbəti baş naziri olacaq


Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və ölkənin növbəti baş naziri olacaq.

APA xəbər verir ki, o partiyadaxili seçkilərdə partiya üzvlərinin 85,9 faizinin səsini toplayaraq sədr seçilib.

Partiyanın qurultayında açıqlanan məlumatlara görə, sabiq maliyyə naziri və baş nazirin sabiq müavini Kristia Friland 8 faiz, Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld və liberal deputat Frank Baylis isə təxminən 3 faiz səs toplayıblar.

Karni yalnız hazırkı baş nazir Castin Trüdo istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq. Bunun da yaxın günlərdə baş verəcəyi gözlənilir.

Bundan sonra Karniyə yeni hökumət qurmaq həvalə olunacaq.

Oxşar xəbərlər

Mark Karni Kanadanın yeni baş naziri olacaq
Kanadanın baş naziri Liberal Partiyasının lideri vəzifəsindən istefa verib
Kanadanın hakim Liberal Partiyasının yeni lideri martın 9-da seçiləcək
Kanadanın Baş naziri hakim partiyanın lideri vəzifəsindən istefa verə bilər
Kristia Friland Castin Trüdonu əvəz edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle