Rubio: “Starlink” olmasaydı Ukrayna müharibəni uduzardı
“ABŞ Ukraynanı “Starlink” peyk rabitə sistemindən kəsmək niyyətində deyil, bunsuz Kiyev münaqişəni uduzardı”.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” hesabında deyib.
O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rəqəmsallaşdırma Nazirliyinin Ukrayna üçün “Starlink”ə ildə təxminən 50 milyon dollar ödəməsi ilə bağlı bəyanatını şərh edib.
“SpaceX” şirkətini Kiyevi “Starlink” sistemdən ayırmaq istəyinə görə tənqid edən Sikorskinin dediklərinin həqiqətə uyğun olmadığını deyən Rubio sözlərinə belə davam edib:
"Siz sadəcə uydurursunuz. Heç kim Ukraynanı “Starlink”dən kəsməklə hədələməmişdi. Siz həm də minnətdar olmalısınız. Çünki “Starlink” olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar."
Oxşar xəbərlər
Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələləri müzakirə edilib
"SpaceX" raketi 22 "Starlink" minipeykini orbitə çıxarıb
Rəşad Nəbiyev “Starlink”in qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru ilə görüşüb
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
Pentaqon Ukraynaya görə “SpaceX” ilə müqavilələr imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













