ABŞ-nin təyyarədaşıyan gəmisi ticarət gəmisi ilə toqquşub
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry S. Truman” təyyarədaşıyan gəmisi Misir sahillərində ticarət gəmisi ilə toqquşub.
APA xəbər verir ki, bu haqda “Breaking Defence” portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.
"Toqquşma "Harry S. Truman" üçün təhlükə yaratmayıb. Çünki zərər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Gəminin mühərrikləri zədələnməyib, təhlükəsiz və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır. Əlavə məlumat əldə olunduqca veriləcək", - Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Qorman bildirib.
Qeyd olunur ki, hadisə fevralın 12-də Port Səid ərazisində baş verib. Gəminin avtomatik identifikasiya sisteminə görə, ticarət gəmisi Panama bayraqlı “Beşiktaş-M” yük daşıyıcısı olub.
Oxşar xəbərlər
ABŞ-nin təyyarədaşıyan gəmisi Misir sahillərində qəzaya uğrayıb
Aralıq dənizində Rusiya gəmisi batıb, 2 nəfər itkin düşüb
Yəmən husiləri ABŞ-nin təyyarə gəmisini atəşə tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
