Tramp misirli həmkarı ilə Qəzzada girovların azad edilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Tramp misirli həmkarı ilə Qəzzada girovların azad edilməsini müzakirə edib


ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisi telefon danışığı zamanı Qəzza zolağından girovların azad edilməsi məsələsini müzakirə ediblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"İki lider Qəzza zolağından girovların azad edilməsində Misirin mühüm rolunu müzakirə ediblər. Prezident əs-Sisi Trampın rəhbərliyinin Yaxın Şərqdə sülhün qızıl əsrini aça biləcəyinə əminliyini ifadə edib", - sənəddə deyilir.

Misir prezidentinin ofisindən bildirilib ki, telefon danışığı zamanı Tramp əs-Sisini Vaşinqtona rəsmi səfərə dəvət edib və onunla Ağ Evdə görüşməyi təklif edib.

Oxşar xəbərlər

"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Misir prezidenti Qəzzada müvəqqəti atəşkəs və girovların azad edilməsini təklif edib
Ərdoğan Əbdülfəttah əs-Sisi ilə Qəzzaya humanitar yardım məsələsini müzakirə edib
Bayden və Netanyahu Qəzza razılaşmasını müzakirə edib
Misir və Rusiya prezidentləri arasında telefon danışığı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər