Stoltenberq NATO ölkələrinin axmaq qərarlar verə biləcəyini deyib
NATO üzvü olan ölkələrin sakinlərinin axmaq qərarlar qəbul etmək üçün demokratik hüququ var.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasının seminarında çıxışı zamanı alyans ölkələrində, xüsusən də Ukraynaya yardıma şübhə ilə yanaşan tərəflərin qalib gəldiyi Almaniyada seçkiləri şərh edərkən deyib.
"NATO-da 32 ölkə var. Bizdə hər zaman seçkilər olur. Axmaq qərarlar qəbul etmək demokratik hüquqdur", - deyə o, NATO ölkələrində keçirilən seçkilərdə qalib gələn partiyaların və ya liderlərin alyansa qarşı çıxdığı və ya ona qarşı çıxa biləcəyinə münasibət bildirərkən deyib.
Stoltenberq müxtəlif ölkələrdəki seçkilərin nəticələrinə baxmayaraq, NATO-nun qalacağını, çünki insanların NATO-da olmağın daha təhlükəsiz olduğunu anladıqlarını əminliklə ifadə edib.
Oxşar xəbərlər
Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək
Stoltenberq NATO-ya rəhbərliyi dövründə özünün əsas uğurunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
