Salvador prezidenti bəşəriyyətin yeni qaranlıq dövrlə üz-üzə olduğunu deyib
Salvador prezidenti Nayib Bukele bildirib ki, dünya birliyi tənəzzüldədir və öz tarixinin ən pis mərhələsinə yaxınlaşır.
Sizinxeber.az xəbər verir ki, bu haqda “RİA Novosti” nəşri məlumat yayıb.
BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı o qeyd edib ki, qarşıda bütün dünya üçün yeni münaqişələr və qaranlıq dönüş nöqtəsi var.
“Biz bəşəriyyət üçün yeni qaranlıq dövrlə üzləşirik. Salvadorlular olaraq, biz bu tənəzzül əlamətlərini görəndə tanıyırıq, çünki biz bunların hamısından keçmişik. Biz millətimizin süqutunu bir-birinin ardınca yaşadıq və eyni mərhələləri yenidən görürük, lakin bu dəfə qlobal miqyasda. Biz ancaq qaranlıq günlər yaşayan, həyat uğrunda mübarizə aparan bir dost kimi xəbərdarlıq edə bilərik.", - deyə o bildirib.
O həmçinin beynəlxalq ictimaiyyətin artıq birləşmədiyini, daha da düşmən və təlaşlı olduğunu, Qərb dövlətlərinin ifadə azadlığının qalası statusunu itirdiyini vurğulayıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
